Yaponiyada yaşı 100 yuxarı olanların sayı rekord həddə çatıb

18:08 | 17.09.2024
Yaponiyada yaşı 100 yuxarı olanların sayı rekord həddə çatıb

Yaponiyada yaşı 100 yuxarı olanların sayı rekord həddə çatıb

Yaponiyada 100 yaşdan yuxarı sakinlərin sayı 95,1 mini ötüb.Bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, 1963-cü ildən bəri ən yüksək göstəricidir. Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 54 ildir ki artır. Ötən il 100 yaşdan yuxarı sakinlərin sayı 3 min nəfər artıb.Onların 88%-dən çoxu qadınlardır.
Ölkədə, həmçinin planetin ən yaşlı insanı, 1908-ci ildə anadan olmuş 116 yaşlı Tomiko İtokan yaşayır.

Yaşı 65-dən yuxarı olan Yaponiya sakinlərinin sayı isə son bir ildə 20 min nəfər artaraq rekord səviyyəyə - 36,25 milyon nəfərə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür