Yaponlar Azərbaycan şərabını seçdilər

14:31 | 10.11.2014
Yaponlar Azərbaycan şərabını seçdilər

Yaponlar Azərbaycan şərabını seçdilər

Yaponiyanın “BS Japan” televiziya kanalının şərabsevərlər arasında məşhur olan “Genesis” proqramında dequstatorlar anonim olaraq təqdim edilən 12 ölkənin şərabları arasından məhz Azərbaycan şərabını seçiblər.

ANN.Az AzərTac-a istinadən xəbər verir ki, tanınmış somelye, aktyor Tatsumi Takuronun apardığı verilişin qonağı olan manqa rəssamı Şeyzo Vataşeyə və yazıçı Eri Muraokaya axşam yeməyi üçün dünaynın şərab istehsalında tanınmış ölkələrinin məhsullarından ikisini seçmək təklif olunub. 

Fransa, Argentina, İspaniya, İtaliya, Kolumbiya, Avstraliya, ABŞ, Yaponiya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası və Azərbaycana məxsus içgilər arasından dequstatorlar Azərbaycan və Avstraliya şərabını seçiblər. Şeyzo Vataşenin bildirdiyinə görə, Azərbaycanın “Şərq ulduzu” zavodunun məhsulu olan “Saperavi” şərabı tamı və özünəməxsus ətri ilə diqqəti cəlb edir. 

Aparıcı T.Takuro isə Azərbaycan şərabının ətrinə görə fərqləndiyini vurğulayıb və onun tamını arxaik gülüşə bənzədərək yaponların belə bir şərabı sevəcəyini deyib. “Saperavi” şərabını xarakterizə edən somolye xanım Çişa Hamada onun eleqant turşuluğa malik olduğunu bildirib. Qeyd edib ki, bu şərab ət yeməkləri ilə yaxşı harmoniya təşkil edər. Verişidə bildirilib ki, Azərbaycan şərabları Yaponiya bazarına cəmi bir il əvvəl daxil olmasına baxmayaraq, yapon şərabsevərlər arasında geniş populyarlıq qazanmaqdadır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM