Yağış paytaxt yollarında hərəkəti iflic etdi - Video

09:59 | 13.02.2015
Yağış paytaxt yollarında hərəkəti iflic etdi - Video

Yağış paytaxt yollarında hərəkəti iflic etdi - Video

Bu gün gecə saatlarında yağan yağış Bakının bir neçə küçə və prospektlərində hərəkəti iflic edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə satlarında paytaxtda müşahidə olunan yağışlı hava yola çıxanların işini çətinləşdirib.

Kanalizasiya sisteminin düzgün qurulmaması, işləməməsi yağan yağışların yollarda gölməçələr yaratmasına səbəb olub. Bu isə piyada və sürücülərin hərəkətini ləngidib.

Belə hallardan biri də paytaxtın Nərimanov rayonu ərazisindəki "Çerment” körpüsü kimi tanınan yerdə baş verib. Yağan yağışın axmaması suyun yolda yığılıb qalması ilə yanaşı, yoldakı avtomobillərin hərəkətinə də maneə törədib. Oradakı vəziyyətlə bağlı Emin Fərzəliyev adlı oxucularımızdan biri "ANS PRESS”in "Facebook” səhifəsinə videomaterial göndərib.

Qeyd edək ki, Bakıda yağıntılar zamanı küçələri su basması adi hala çevrilib və problem qalmaqda davam edir.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM