Yasamal qəbiristanlığı köçürülür - FOTOLAR

14:34 | 18.08.2014
Yasamal qəbiristanlığı köçürülür - FOTOLAR

Yasamal qəbiristanlığı köçürülür - FOTOLAR

Bakının qədim Yasamal qəbiristanlığının köçürülməsi planı yenidən aktuallaşıb.Axar.az-a verilən məlumata görə, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında məsləhətləşmələr aparılıb.Müzakirələrin yekununda yekdil qərar qəbul edilməsə də, məzarlığın köçürülməsi planını reallaşdırılması istiqamətində müəyyən nəticələrə gəlinib.Bu layihə sayəsində Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində yaranan tıxaclara son qoyula bilər.Hazırda rəsmilər arasında müzakirələr aparılır və məzarlığın bütövlükdə köçürülməsi məqsədəuyğun sayılmır. Məlumata görə, Badamdar dairəsi ilə A.Şərifzadə küçəsini (“Azərbaycan” nəşriyyatının binasının arxası) birləşdirən birtərəfli yolun genişləndirilməsi üçün məzarlığın yarısının köçürülməsi müzakirədədir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə layihə şəklində təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl BŞİH və Yasamal RİH rəsmiləri bu planın olduğunu təsdiqləyiblər. Amma qəbiristanlığın nə zaman və hara köçürüləcəyi açıqlanmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür