• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Yasamal rayon İcra Başçısı əraziyə baş çəkib, sakinlərlə görüşüb

Yasamal rayon İcra Başçısı əraziyə baş çəkib, sakinlərlə görüşüb
09.02.2024 11:14
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə səyyar qəbul keçirilib.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 38 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon Bələdiyyəsinin, MKTB-nin və xidmət rəhbərləri də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri yolların asfaltlanması və işıqlandırılması, gənclər üçün iş, tikintisi yarımçıq qalmış yaşayış binalarının taleyi, təbii qaza görə borc, fərdi tikintiyə çıxarış, əlillər üçün iş, qanunsuz küçə ticarəti ilə mübarizə və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal olmağa və səsvermə hüququndan mütləq istifadə etməyə çağırdı.Öz növbəsində Yasamal sakinləri qarşıdan gələn seçkidə fəal şəkildə iştirak edəcəklərini vurğuladılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Cəmiyyət 15:20
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Cəmiyyət 14:57
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Cəmiyyət 14:37
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Cəmiyyət 14:25
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Gəncədə iki gün qaz olmayacaq
Cəmiyyət 14:00
Gəncədə iki gün qaz olmayacaq
Bakıda dövlət əleyhinə çağırışlarda ittiham olunan blogerin işi üzrə məhkəmə başlayıb
Cəmiyyət 13:57
Bakıda dövlət əleyhinə çağırışlarda ittiham olunan blogerin işi üzrə məhkəmə başlayıb
Növbəti ildə 89 məktəbdə yeni peşə təmaüllü siniflər açılacaq
Cəmiyyət 13:17
Növbəti ildə 89 məktəbdə yeni peşə təmaüllü siniflər açılacaq
Sabah rayonlara yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 13:04
Sabah rayonlara yağış yağacaq - Hava proqnozu
Natiq Cəfərlinin atasının ölüm xəbəri yalandır
Cəmiyyət 11:38
Natiq Cəfərlinin atasının ölüm xəbəri yalandır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol