Böyük
Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə
Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov videobağlantı
formatında müharibə veteranlarını təbrik edib. Elşad Həsənov Yasamal rayonu
sakinləri olan veteranların gündəlik qayğıları ilə maraqlanıb və onlara can
sağlığı arzulayıb. Veteranlarla söhbətində Yasamal rayon Icra Hakimiyyətinin
başçısı qeyd etdi ki, bu gün Azərbaycan rəhbərliyi veteranlara böyük diqqət və
qayğı göstərir.Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin
"1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak
olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, birdəfəlik maddi
yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamını veteranların
xüsusi diqqət ilə əhatə olunduqlarının təzahürü kimi qiymətləndirdi.
Yasamal
rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən karantin
rejimi şəraitində də veteranlara xüsusi qayğının göstərildiyini qeyd etdi. Belə
ki, müharibə veteranlarına zəruri olan sosial yardımlar göstərilməkdədir.Elşad
Həsənov veteranlara hərtərəfli qayğının bundan sonra davam edəcəyini bildirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !