Koronavirus
pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Yasamal
rayonunda xüsusi aksiya keçirilib.Aksiya zamanı minlərlə rayon sakininə pulsuz
tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb. Aksiya Yasamal
rayon İcra Hakimiyyəti nəzdində Operativ qərargahın qərarına uyğun olaraq
keçirilib.
Aksiyada Yasamal
rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, həmçinin 50-dən
çox könüllü iştirak edib.Metro sitansiyalarının ətrafında və əhalinin gur
toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər və tibbi spirt
paylanılıb. Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ qərargahdan
bildiriblər ki, aksiyanın məqsədi əhalinin qoruyucu vasitələrə olan tələbatını
ödəməkdir. Bu mənada əhalinin həssas təbəqə nümayəndələri olan aztəminatlı ailələrin
müdafiəsi xüsusi önəm daşıyır. Bu məqsədlə insanlara qoruyucu vasitələr təmannasız
paylanılıb.
Yasamal
rayon İcra Hakimiyyəti hər kəsi karantin şərtlərinə riayət edərək tibbi maska, əlcək
və spirtdən istifadə etməyə və infeksiyaya birlikdə qalib gəlməyə çağırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !