Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

10:31 | 21.11.2014
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Sumqayıtda ötən gün axşam saatlarında yanğın qeydə alınıb. ANN.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan, 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd soyuducu və mətbəx əşyaları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mənzillərdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM