Yavər Camalov: "Hərbi məhsulların istehsalı artıb"

19:40 | 26.01.2015
Yavər Camalov:

Yavər Camalov: "Hərbi məhsulların istehsalı artıb"

2014-ci ildə ümumi hərbi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Bunu Müdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov deyib.

ANN.Az Müdafiə Sənayesi Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub. Belə ki, istehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. 2014-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.

Hesabat dövründə nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılmış, 5 məmulatın isə istehsalı mənimsənilmiş və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunmuşdur. Ümumilikdə, mövzular üzrə 26 mərhələ tam yerinə yetirilib.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti