Yaxın 2-3 gün ərzində hava necə olacaq?

20:59 | 27.10.2014
Yaxın 2-3 gün ərzində hava necə olacaq?

Yaxın 2-3 gün ərzində hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Oktyabrın 28-də gecəyə doğru və oktyabrın 29-da yarımadanın bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Azərbaycanın bölgələrində isə bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntı olacağı gözlənilir. Havanın temperaturu Bakı və Abşeron yarımadasında günorta saatlarında 12-15 dərəcə isti, Aran rayonlarında 10-15 dərəcə isti, dalıq rayonlarda isə 5-10 dərəcə isti olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür