Yayda ictimai nəqliyyat 50 faiz ucuzlaşsın - TƏKLİF

16:40 | 21.06.2018
Yayda ictimai nəqliyyat 50 faiz ucuzlaşsın - TƏKLİF

Yayda ictimai nəqliyyat 50 faiz ucuzlaşsın - TƏKLİF

İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslara nəzər salıram, içəridə oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

O deyir ki, hamının tər dabanlarından axır və bəhanə edilir ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 

"XXI əsrdir. Bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil?

Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı?

Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət edirimi kampaniyası...”, - deyə o, əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti