Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 48 gün əvvəl başlanan hava hücumlarına ara verilib və ilk atəşkəs tətbiq olunub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yəməndə Ənsarullah hərəkatı (Husilər) və devrilmiş prezident Əli Abdullah Salih tərəfdarları da daxil olmaqla bütün tərəflərin razılığı ilə 5 günlük atəşkəs elan olunub. Atəşkəs yerli saatla ötən gecə saat 23.00-dan etibarən qüvvəyə minib.
Buna baxmayaraq, koalisiya qüvvələrinə aid təyyarələr atəşkəsin başlamasına yarım saat qalmış Husilərə aid olan bölgələrə havadan hücum edib. Belə ki, Husilərin qərargahına çevrilmiş Bin Ladin turizm obyekti və təhlükəsizlik mərkəzləri atəşə tutulub.
ABŞ-ın xarici işlər naziri Con Kerri və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr Yəməndə 12 maydan etibarən 5 günlük atəşkəs elan olunduğunu açıqlamışdılar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !