Yenə də tək-tənhayam - Leyla Əliyeva

18:00 | 06.11.2014
Yenə də tək-tənhayam - Leyla Əliyeva

Yenə də tək-tənhayam - Leyla Əliyeva

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcümə edib.

ANN.Az  Modern.az-a istinadən “Yenə də tək-tənhayam” adlı şeiri oxucuların ixtiyarına verir. 

(Опять одна)

Yenə də tək-tənhayam,

Ey mənim fani dostum...

Bir Aydır, bir də rüzgar, 

təkliyimə havadar...

Beynim də bu həyatdan,

Olubdur məsti-xumar...

Günəş də gedib yatıb,

dərin yuxuya çatıb...

Mənimsə yuxum gəlmir –

hardasa itib-batıb.

Zaman yaman tez uçdu...

Gündüz çox bəxtəvərdim

fani dostumla birgə...

Bəs indi tək nə edim?

sevgi qibləgahım yox... –

kimə dualar edim?

Bax, yenə də tənhayam...

Eh... belə olmağını

arzu etmirdimmi mən?

Gün batdı, məni atdı,

qövsi-qüzeh bərq vuran

ruhum zülmətə batdı.

Yata bilmirəm nədən?

Yuxu məndən gen qaçır.

Bu insafsız yuxu da

bəlkə, mənə naz satır?

Gündüzün işığında,

kətanın üzərində

yaratdığım o rənglər

yoxsa... yoxsa... hədərmiş,

Deyim bu da qədərmiş?

ya buraya qədərmiş?!.

Bax, yenə də tənhayam...

Hünərim, qətiyyətim,

bəs hara yoxa çıxıb?

Axı insanlar sevmir

gözüqıpıq olanı,

“Silahsızam” deyərək,

daldada qalanları.

Elin xoşu gəlməyir 

Sızlayıb ağlayandan,

qəm-qüssəyə batandan,

Ümidsizəm, gücsüzəm,

deyib zarıyanlardan.

Özünə və üzünə,

yazıq görkəm verənə

mələklər də rəhm etmir,

Bir cəllada çevrilir..!

Bəlkə, mən yaratdığım

“Həyatım” əsərində

Uydurub çox rəngləri,

İfrata nahaqq vardım.

Hissimlə, taleyimlə

məzələndim, oynadım.

Bəlkə də, çox nahaqdan,

öz əksimi, kölgəmi,

dünyadan ayrı tutdum...

doğrudanmı, dünyada

dünyadan çox sevdiyim 

adamlar ürəksizmiş?!.

Bax, yenə tək-tənhayam...

Birdən yalqızlıq mənim

ruhuma doğma gəlsə?..

Əsla..!

        Onda...

Ona görə söyərəm,

qınayaram özümü...

Lap yalan sifət alıb

riyakarlıq edərəm –

sanki heç eşitmirəm,

qəlbimin ağısını,

qəlbimin acısını...

 Bax, yenə tək-tənhayam...

Axı niyə həsrətə

ürəyimi açaraq –

sirrimi deməliyəm?..

Boş kətan çərçivəni,

qoyuram göz önündə –  

pəncərənin yanına,

Səhər naxış, bər-bəzək,

Çəkəcəm varağına...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür