Yeni ayın təzələndiyi açıqlandı

11:20 | 28.07.2014
Yeni ayın təzələndiyi açıqlandı

Yeni ayın təzələndiyi açıqlandı

Yeni ayı iyulun 29-da görmək mümkün olacaqAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyini açıqlayıb.AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yeni ay öncədən bildirildiyi kimi iyulun 26-dan 27-nə keçən gecə saat 03:43-də təzələnib.Onun sözlərinə görə, ay təzələnərkən Günəş xəttində olduğu üçün onu görmək mümkün deyil: “Ay yerini 2-3 gün ərzində dəyişir. Bu o deməkdir ki, yerini dəyişdikdən sonra iyulun 27-ə təzələnən ayı iyulun 29-da görmək mümkün olacaq”.X. Mikayılov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanası yalnız yeni ayın təzələndiyi vaxtı açıqlayır.O həmçinin əlavə edib ki, Ramazan bayramının vaxtı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən açıqlanır və bu barədə ictimaiyyətə məlumat verilir.

Qeyd edək ki, bu il ölkədə Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM