Yeni sədr "Bakı Metropoliteni” kollektivinə təqdim edilməyib

17:59 | 28.02.2014
Yeni sədr "Bakı Metropoliteni” kollektivinə təqdim edilməyib

Yeni sədr "Bakı Metropoliteni” kollektivinə təqdim edilməyib

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun təzə iş yerində təqdimatı təxirə düşüb.

Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, Zaur Hüseynovun təqdimatının təxirə düşməsinin səbəbləri açıqlanmayıb. Yeni sədr Zaur Hüseynovun"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətə gəlməsi və işçiləri ilə tanış olmasının 3 mart tarixinə qədər təxirə düşdüyü bildirilib. Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM