"Yeniçağ” 20 Yanvar faciəsindən yazdı

10:20 | 26.01.2015

"Yeniçağ” 20 Yanvar faciəsindən yazdı

Türkiyənin "Yeniçağ” qəzeti 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı "Azerbaycan’da 25 yıldır dinmeyen acı” adlı yazı dərc edib.

ANN.Az xəbər verir ki, məqalədə 20 Yanvar qətliamının 25-ci ildönümündə baş verənlərin hələ də eyni ağrıyla anıldığı, azərbaycanlıların hadisələr zamanı qonşu ölkələrin, xüsusilə Türkiyənin dəstəyini unutmadığı qeyd olunur.

Dəhşətli günlərin xatirələri 20 Yanvar hadisələrinin canlı şahidlərinin dilindən verilib. Eləcə də Bakıdakı mənbələrə istinad olunan yazıda qətliamda Sovetlər Birliyinin o zamankı prezidenti Mixail Qorbaçovun məsuliyyət daşıdığı vurğulanıb.

"Yeniçağ” 2002-ci ildən "Türkiyə türklərindir”, "Dünyanı türkcə oxuyun!” şüarları ilə oxucu kütləsi qarşısına çıxır. Qeyd edək ki, bu il Türkiyə mediası 20 Yanvar faciəsinin işıqlandırılmasına xüsusi diqqət verib.

 
Şəhla Əbusəttar Yaman
ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür