Yerevanda Sarkisyanın istefasını tələb edirlər

18:01 | 26.04.2016
Yerevanda Sarkisyanın istefasını tələb edirlər

Yerevanda Sarkisyanın istefasını tələb edirlər

"Bu, güzəştlər nəzərdə tutan anti-erməni sənədlərdir”.

Güzştə gedən ali baş komandanın istefasını tələb edirik.

Oxu.az 1in.am-a istinadən xəbər verir ki, bu gün Yerevanda bir qrup erməni vətəndaşı belə bir şüarla etiraz aksiyası keçirəcək. 

Aksiya iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Ermənistan rəhbərliyinin beş işğal olunmuş rayonun qaytarılmasını nəzərdə tutan Kazan danışıqları ətrafında Azərbaycanla danışıqları davam etdirə biləcəyindən narahatdırlar.

"Ayazan” partiyasının üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər bir vəchlə güzəştə getmək və danışıqları davam etdirmək niyyətində olmadığını göstərmək istəyir ki, bu da yalandır.

Rusiya səfirliyinin qarşısında aksiyanın təşkilatçısı David Sanasaryan hesab edir ki, erməni ictimaiyyəti yalnız aksiyalar deyil, həm də ciddi predmetli addımlar vasitəsilə həm Madrid prinsipləri, həm də Kazan sənədindən imtina etməlidir. 

"Bu, güzəştlər nəzərdə tutan anti-erməni sənədlərdir”, - deyə, Sanasaryan bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb