Yevlaxda ən yaxşı motor ustası olan qadın

16:55 | 06.04.2015
Yevlaxda ən yaxşı motor ustası olan qadın

Yevlaxda ən yaxşı motor ustası olan qadın

Yevlax şəhər sakini Xuraman Məmmədova uzun illərdir elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşə sahibi olan bəlkə də yeganə qadındır. 

Xuraman Məmmədova AzərTAc-ın müxbiri ilə söhbətində bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələlərək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. 

Mühərrik təmiri peşəsinə sonsuz istəyi və möhkəm iradəsi zaman keçdikcə onu bu sahənin ən yaxşı ustalarından birinə çevirib.

Hazırda Yevlax şəhərindəki şəxsi emalatxanasında sevimli peşəsi ilə məşğul olan Xuraman xanım, elektrik mühərriklərinin təmiri üzrə ən yaxşı ustalardan biri kimi tanınır. Hər gün çəkic, dəmir parçaları, mühərrik sarğıları ilə çalışan X.Məmmədova işdən sonra evdə övladları və nəvələrinin qayğısına qalır.

Dörd uşaq anası olan Xuraman xanımın övladlarından yalnız biri onun peşəsini davam etdirir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM