Yol Polisi reyd keçirir

16:19 | 24.01.2014
Yol Polisi reyd keçirir

Yol Polisi reyd keçirir

Yol polisi paytaxtda reyd keçirir. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov məlumat verib.V.Əsədov bildirib ki, son günlər paytaxt yollarında qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrlə təchiz edilmiş avtomobillərin sayı artıb. Bununla əlaqədar BDYPİ paytaxt yollarında reydlərə başlayıb. Reyd zamanı avtomobilləri pərdə, plyonka və rəngli şüşələrlə avtomobil idarə edən 52 sürücü barəsində inzibati protokol tərtib edilib. V.Əsədov sürücülərə müraciətində bildirib ki, idarə etdikləri avtomobillərdə qanunla qadağan edilən pərdə və plyonkalardan istifadə etməsinlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM