• $
  • £

Yol polisinə tabesizlik göstərən yük avtomobilinin sürücüsü həbs edilib

Yol polisinə tabesizlik göstərən yük avtomobilinin sürücüsü həbs edilib
24.10.2024 11:47
Yol polisinə tabesizlik göstərən yük avtomobilinin sürücüsü həbs edilib.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirib ki, Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi "Hovo” markalı yük avtomobili Baş DYP İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib.

Bildirilib ki, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa calışıb, onu intizama dəvət edən YPX əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
Cəmiyyət 15:59
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
Aliment ödəməkdən yayınan 2344 nəfər barədə tədbir görülüb
Cəmiyyət 15:46
Aliment ödəməkdən yayınan 2344 nəfər barədə tədbir görülüb
Ötən il 402 qadına, 31 kişiyə mühafizə orderi verilib
Cəmiyyət 15:20
Ötən il 402 qadına, 31 kişiyə mühafizə orderi verilib
Gələn il Şuşanın özünə 3 mindən çox şəxs köçürüləcək
Cəmiyyət 14:56
Gələn il Şuşanın özünə 3 mindən çox şəxs köçürüləcək
Bakı "20 dəqiqəlik" şəhərə çevriləcək - nazir
Cəmiyyət 14:46
Bakı "20 dəqiqəlik" şəhərə çevriləcək - nazir
Şuşa şəhərində əhalinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur
Cəmiyyət 13:51
Şuşa şəhərində əhalinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur
Ağdamda əhalinin sayının 100 min nəfərə çatdırılması nəzərdə tutulur
Cəmiyyət 13:44
Ağdamda əhalinin sayının 100 min nəfərə çatdırılması nəzərdə tutulur

Sabah pensiyalar tam ödəniləcək
Cəmiyyət 13:44
Sabah pensiyalar tam ödəniləcək
Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq
Cəmiyyət 13:26
Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol