• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Yol polisinin "Sədərək" ticarət mərkəzindəki dairədə 7 dəfə dönməsinin səbəbi açıqlanıb - RƏSMİ

Yol polisinin
29.05.2020 08:26
DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin "Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı aparılmış xidməti araşdırmanın nəticəsi barədə məlumatı açıqlayıb.

Anews.az xəbər verir ki, "Report"a daxil olan məlumatda deyilir:

""Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan "Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

Araşdırma zamanı eləcə də müəyyən edilmişdir ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan "Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Cəmiyyət 14:59
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Cəmiyyət 14:49
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 14:15
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Cəmiyyət 13:40
Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol