Yol polisinin səhvi - VİDEO

16:53 | 10.07.2014
Yol polisinin səhvi - VİDEO

Yol polisinin səhvi - VİDEO

“Hadisə Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsilə kəsişməsində baş verib. Mən Həsən Əliyev küçəsi ilə gedərkən (üzü Azadlıq tərəfə) işıqforda 4.1.4 nişanı var, “Yol hərəkəti haqqında” qanunun 65-ci maddəsinə əsasən, həmin nişan birinci döngəyə kimi qüvvədədir. Mən isə qarşıdan gələn nəqliyyat vasitələrini buraxıb sola – növbəti yol ayrıcına dönmüşəm. Yol polisi inspektoru məni saxlayıb və “sola dönmək qadağandır əmredici nişanın” tələbini pozaraq hərəkət etdiyimi dedi. Polis İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən protokol yazdı. Mən ona başa sala bilmədim ki, o nişan birinci döngəyə qədər qüvvədədir. Sizə həmin ərazidən əllə çəkdiyim xəritəni və videonu göndərirəm. Diqqətinizə görə çox sağolun!”.Ekspertlər məsələdə yol polisini günahlandırırlar. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, əgər hər şey Fərid Axundovun yazdığı və çəkdiyi kimidirsə və onun dönmək istədiyi yerdə - asfaltın üzərində 1.18 nişanlanması çəkilərək yalnız düzünə və sağa hərəkət nəzərdə tutulmursa, heç bir qayda pozuntusundan söhbət gedə bilməz: “Buna görə inspektor sizi cərimələyibsə, səhvə yol verib”.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM