Yol qəzasına düşən Zeynal Nağdəliyevdən YENİ XƏBƏR

09:41 | 06.08.2014
Yol qəzasına düşən Zeynal Nağdəliyevdən YENİ XƏBƏR

Yol qəzasına düşən Zeynal Nağdəliyevdən YENİ XƏBƏR

Prezident Administrasiyasının rəhbərinin ağır avto-qəza keçirməsinə dair yeni təfsilatlar; onunla toqquşan maşının sürücüsü ağır durumdaKürdəmirdəki qaynaqlar musavat.com-a bildirir ki, Zeynal Nağdəliyevlə toqquşan maşının sürücüsü 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun durunu son dərəcə kritikdir. Hətta onun öldü şayiəsi də çıxıb. Lakin bu faktı xəstəxanadan təsdiqləməyiblər. PA rəhbərinin müavininin səhhəti haqda isə heç bir məlumat yoxdur. (Musavat.com)ANN.Az

08:50

Kürdəmir rayonunda avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus BMW markalı xidməti maşınla toqquşub. Hadisə nəticəsində BMW markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanadan APA-ya verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, Z. Nağdəliyevin Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşdüyü barədə ilk olaraq musavat.com saytı məlumat yayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM