“Youth Inc.” Proqramı Rusiyada

16:28 | 08.10.2015
“Youth Inc.” Proqramı Rusiyada

“Youth Inc.” Proqramı Rusiyada

"Youth Inc.” Gənc Sahibkarlıq Proqramı VI Rusiya-Azərbaycan regionlararası forumunda təqdim olunub. Forumda Rusiya və Azərbaycanın dövlət idarəetmə orqanları, qeyri-hökümət təşkilatları və biznes qurumlarının nümayəndələri iştirak edib.

Tədbir yeni işgüzar əlaqələrin qurulması və iki dövlətin regionlararası əməkdaşlığının gücləndirilməsi məqsədilə həyata keçirilib.

Forum zamanı, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün vacib alətlərdən biri olacaq və gənclərin məşğulluq məsələlərinin həllinə imkan yaradacaq "Youth Inc.” proqramının təqdimatı keçirilib. Təqdimat zamanı iştirakçılara proqramın məqsədləri və həyata keçirilməsi mexanizmləri, həmçinin "Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanları haqqında ətraflı məlumat verilib.

"Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənov forumda çıxışı zamanı qeyd edib: ""Youth Inc.” Coca-Cola, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və DVC tərəfindən dəstəklənən uzunmüddətli gənclər proqramıdır. Proqram çərçivəsində, bu il şəxsi biznes ideyasını həyata keçirmək istəyən gənclər üçün əsas mərkəzə çeviriləcək "Youth Inc.” biznes inkubasiya mərkəzinin açılışı olacaq. Mərkəzdə təlim keçmiş şəxslər uğurlu biznes qurmağın yolları haqqında tam məlumat alacaqlar. Mərkəzdə gənc sahibkarlar üçün müxtəlif təlimlər, seminarlar və təqdimatlar keçiriləcək”.

Daha sonra, Müşviq Həsənov tərəfindən Rusiya biznes-inkubatorları ilə əməkdaşlıq fikiri və regional biznes-inkubatorlar assosiasiyasını yaratmaq ideyası səsləndirilib. Qeyd edək ki, Rusiya sahibkarları "Youth Inc.” proqramının nailiyyətlərini yüksək qiymətləndirib və gələcəkdə əməkdaşlıq etmək arzularını bildiriblər.

İki gün davam edən forum ərzində Rusiya və Azərbaycan arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrində gücləndirilməsi, eyni zamanda, ikitərəfli əməkdaşlığın inkişafı üçün xüsusi iqtisadi zonalardan istifadə imkanlarının müzakirəsi keçirilib.

Xatırladaq ki, "Youth Inc.” proqramının məqsədi Azərbaycanda biznes-inkubasiya metodlarından istifadə edərək gənc sahibkarlığa dəstək olmaqdır. "Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumda təqdimat keçiriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM