Bu gün yoxa çıxdığı iddia olunan Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb.APA-nın “Ən-Nahar” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi.
ANN.Az
***
15:41
Əlcazair hökuməti məlumat yayaraq ölkənin hava yollarına aid olan təyyarənin Burkina-Fasonun paytaxtı Ouaqadouqouda havaya qalxdıqdan sonra radarlardan itdiyini bildirib.
Avropa.info nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hazırda təyyarə haqda heç bir məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !