Yubanmadan yeni siyasətin tətbiqi və növbəti nəslin süqutu

15:43 | 03.12.2013
Yubanmadan yeni siyasətin tətbiqi və növbəti nəslin süqutu

Yubanmadan yeni siyasətin tətbiqi və növbəti nəslin süqutu

UNICEF-in əlilliyi olan uşaqlara həsr edilmiş 2013-cü il üzrə Dünya Uşaqlarının Vəziyyəti hesabatında deyilir.BAKI, 3 dekabr 2013 - Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əlilliyi olan uşaqlara dəstək qismində mühüm islahatların həyata keçirilməsinə və bir sıra müsbət dəyişikliklərin baş verməsinə baxmayaraq, hələ də milyonlarla əlilliyi olan uşaq diqqətdən kənar qalmaqda, unudulmaqda və gözə görünməməkdədir, deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward bildirmişdir.O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, UNICEF və Azərbaycanın Əlil Təşkilatları İttifaqı tərəfindən Beynəlxalq Əlillər Günündə təşkil olunmuş dəyirmi masada əsasən əlilliyi olan uşaqlardan bəhs olunan UNICEF-in 2013-cü ildə Uşaqların Vəziyyəti adlı nəşriyyatı haqqında fikirlərini bildirmişdir.Hesabatda bildirilir ki, əlilliyi olan uşaqların həyatda qala bilməsi və inkişafı üçün basilica zəruriyyət onların erkən yaşlarda müvafiq xidmətlərdən istifadəimkanl, ailə qayğı ilə böyüməsi və yerli məktəblərdə oxumasıdır.Regionda yaşadığı təxmin olunan 5,1 milyon əlilliyi olan uşaqdan təxminən 3,6 milyonu təməl uşaq hüququ hesab edilən sosial reyestrlərdə qeydiyyatda deyil və nəticədə izləri itirilir və cəmiyyətlərindən təcrid olunurlar. Qeydiyyatda olanlar isə çox vaxt dövlət müəssisələrində yaşamağa məhlum edilir, yaxud digər fundamental uşaq hüququ olan məktəblərə getmirlər.UNICEF bu məsələlərin aradan qaldırılması üçün təcili və sektorlararası siyasi tədbirlərin görülməli olduğuna inanır.“Əlilliyi olan uşaqlar cəmiyyətin ən kövrək nümayəndələridir. Regionda müsbət qlobal təcrübələr və uşaqların rifahı naminə mühüm islahatlar keçirilsə də, biz artıq əlillyi olan uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirməliyik,” deyə Hereward bildirmişdir.Dünya Uşaqlarının Vəziyyəti adlı hesabatda hökumətlərin, özəl sector, beynəlxaql donor təşkilatları vagentliklər, parlamentarilər vədigər maraqlı tərəflərin güclü tərəfdaşlıqvasitəsilə bu məsələnin həlli istiqamətində görməli oluqları tədbirlər diqqətə çatdırılır. Burada Əlilli olan uşaqların hüquqları haqqında Konvensiyanı (ƏUHK) imzalaması, ratifikasiya etməsi və effektiv şəkildə həyata keçirməsi üçün bir növ çağırış var.2013-cü ilin fevral ayından etibarən 128 dünya ölkəsi və o cümlədən Avropa Birliyi u Konvensiyanı imzalamışdır. Bu regionda isə 15 dövlət Konvensiyanı ratifikasiya etmişdir. Gücüstan, Qazaxstan, Qırğızıstan və Özbəkistan imzalasa da ratifikasiya etməmiş, Belarusla Tacikistan isə ümumiyyətlə imzalamamışdır.“Azərbaycan regionda Əlilliyi olan Uşaqlların Hüquqları haqqında Konvensiyanı ratifikasiya etmiş birinci ölkələrdəndir və UNICEF uşaqların əlilliklərin olub olmamasına baxmayaraq ayrıseçkilik mühitində böyüməməsi və hər zaman bərabər imkanlara sahib olması üçün Azərbaycanda başladılan işləri izləməyə olduqca həvəslidir,” deyə o əlavə etmişdir.ƏUHK ratifikasiyası ilə yanaşı UNICEF aşağıdakıları tövsiyə edir:* İnteqrasiyanın qarşısında dayanan bütün əngəllərin yıxılması. Bunun üçün qavrayışın dəyişməsi tələb olunur: əlilliyi olan uşaqların fəal iştirakının vəsəsinin sadəcə onlara kömək üçün deyil, ümumilikdə cəmiyyətin inkişafı üçün vacib olduğunu anlamaq.* Bütün uşaqların hüquqlarını və inteqrasiyasını həyata keçirən planlaşdırma və resurs ayırımı üçün etibarlı və müqayisə oluna biləcək məlumatların yaradılması. Bütün uşaqlar əhatə olunmayana və əlilliyi olan uşaqlar cəmiyyətin fəal üzvlərinə çevirilməyənə qədər cəmiyyət ədalətli hesab edilə bilməz.* Yeni qəbullarda ödəmə müddətinin uzadıldığı əlilliyi olan uşaqların müəssisələrə yerləşdirilməsinə son qoymaq. UNICEF və dövltlər övladlarından ayrılmanın qarşısını almaq və uşaqların iri müəssisələrə yerləşdirilməsini dayandırmaq üçün ailələri dəstəkləyir. Regionda bu cür müəssisələrdə yaşayan 600000 uşağın əksəriyyəti əlilliyi olan uşaqlardır.* Əlilliyi olan uşaqların dərhal müəyyən edilə bilməsini və lazımı xidmətlərdən istifadə etməsini təmin etmək. Faktlar sübut edir ki, regionda əlilliyi olan uşaqların ən gənc yaş qrupu (0-3) müətəxəssi yardımı və digər lazımı xidmətlər ala bilmir.* Əlilliyi olan və olmayan uşalqaırn lazım gəldiyində əlavə, fərdi dəstək ala biləcəyi eyni məktəblərə getməsi üçün bütün uşaqların yerli məktəblərə getməsini təmin etməkƏlavə məlumat üçün əlaqə saxlayın:Ayna MollazadəUNICEF-in Azərbaycan Nümayəndəliyinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Rəhbəri Tel: 99412 492 3013 Faks: 99412 492 2468; E-poçt ünvanı: [email protected]/* */

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM