Hələlik səslərin 75 faizi hesablanıb və SYRİZA parlamentdəki yerlərin 149-unu qazanıb. Hakim sağçı Yeni Demokratiya Partiyası nəticələrə görə ikincidir. Hazırki baş nazir Antonis Samaras məğlubiyyətini qəbul edərək cənab AleksisTriprası telefonla təbrik edib.
Qanunlara görə, Yunanıstanın yeni lideri Aleksis Tripras ölkənin dini liderinin hüzurunda "İncil"ə əl basaraq and içməlidir. Ateist liderin andiçmə mərasimində necə hərəkət edəcəyi hər kəsin marağına səbəb olub və dünya hadisələrin gedişatını maraqla gözləyir.
Yeni lider yunan ictimaiyyətinə hələ 16 yaşında tanışdır. O, gənc olarkən "Önlük hərəkati" adlı tələbə etiraz hərəkatının lideri olub. O, tələbə üsyanlarının mahiyyətini aaçıqlamaq üçün 1990-cı illərdə yunan televiziyalarına çıxaraq müsahibələr verərə, ölkənin o vaxtkı rəhbəri Miçotakis hökumətini tənqid atəşinə tutardı. 16 yaşlı bir tələbənin bu cür cəsarətli çıxışları onu populyarlaşdırmışdı.
AleksisTriprası 1974-cü il iyulun 28-də Afinada anadan olub. Afina Beynəlxalq Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsinin məzunudur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !