YUNESKO Azərbaycan şairlərinin yubileyini keçirəcək

17:59 | 18.11.2015
YUNESKO Azərbaycan şairlərinin yubileyini keçirəcək

YUNESKO Azərbaycan şairlərinin yubileyini keçirəcək

2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təkliflər qəbul olunub.

Modern.az Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Qazaxıstan, İran və Türkiyənin dəstəyi ilə ölkəmizin təklifi əsasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600, Qazaxıstan və Türkiyənin dəstəyi ilə Molla Pənah Vaqifin 300, eləcə də Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyləri qeyd ediləcək. Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib. 

Bununla bağlı müvafiq qərar YUNESKO-nun baş konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinin YUNESKO tərəfindən qəbul olunması Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və YUNESKO yanında daimi nümayəndəliyimizin birgə fəaliyyəti nəticəsində mümkün olub.

YUNESKO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin, eləcə də "Kitabi-Dədə Qorqud” dastanının, "Leyli və Məcnun” operası və "Arşın mal alan” operettasının yubileyləri YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM