Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video

11:54 | 26.12.2021
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video

Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video

Kikboksinq üzrə ağır çəkili dünya və Avropa çempionu, "Belçikanın ən güclü adamı" kimi tanınan 40 yaşlı Frederik Sinistranın koronavirusdan ölüb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sinistra ötən həftə Lyej şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Pandemiyanın çox da nəzərə alınmaması lazım olduğunu müdafiə edən belçikalı idmançı bu səbəbdən peyvənddən imtina edib.
BBC Türkcənin verdiyi məlumata görə, Sinistra yaşı və fiziki vəziyyətinin onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edib.

Belçikalı kikboksçu noyabrın sonunda koronavirusa yoluxub. Sinistranın məşqçisi Osman Yeğinin təkidindən sonra müalicəni qəbul edib.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb