Zabit Səmədov prezidentin qarşısında oynadı - VİDEO

20:39 | 16.03.2015
Zabit Səmədov prezidentin qarşısında oynadı - VİDEO

Zabit Səmədov prezidentin qarşısında oynadı - VİDEO

Döyüşçülər Çeçenistan prezidentinin iqamətgahında qonaq olublar.

Çeçenistanın paytaxtı Qroznıda martın 14-də qarışıq döyüş növləri üzrə "Qroznaya bitva” adlı beynəlxalq turnir keçirilib.

Oxu.Az xəbər verir ki, azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub. 

"Qroznaya bitva” adlı beynəlxalq turnirdən sonra döyüşçülər Çeçenistan prezidenti iqamətgahında qonaq olublar. İqamətgahda qonaqların ləzginka rəqsi nümayiş etdirilib. Döyüşçülər də ləzginka oynayaraq çeçen liderə rəqs qabiliyyətlərini də nümayiş etdiriblər.

Qeyd edək ki, turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti