• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Zakir Həsənov generalları topladı – Göstərişlər verdi

Zakir Həsənov generalları topladı – Göstərişlər verdi
29.05.2020 07:50
Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib.

O, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib. 
Müdafiə naziri təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb. Döyüş hazırlığının daha da artırılması məqsədilə müxtəlif səviyyələrdə təlim və məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.

Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi işinin real faktlardan istifadə edərək qəhrəmanlıq nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol