• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Zakir Həsənov generalları topladı

Zakir Həsənov generalları topladı
12.11.2019 17:41
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən -a verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.
Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib.

Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara və bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol