Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

10:47 | 30.11.2015
Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM