Zakir Qaralovdan yeni prokuror təyinatları

21:13 | 30.12.2014
Zakir Qaralovdan yeni prokuror təyinatları

Zakir Qaralovdan yeni prokuror təyinatları

Zakir Qaralov əmr imzalayıb.

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

ANN.Az APA-ya istinadən məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM