Zaqatalada polisi bıçaqladılar

20:58 | 11.03.2014
Zaqatalada polisi bıçaqladılar

Zaqatalada polisi bıçaqladılar

Anar Zeynalov kapitan rütbəsində sahə müvəkkilidir.Zaqatalada polis əməkdaşı bıçaqlanıb.Oxu.Az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.  O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır. Onun vəziyyətinin ağır olduğu bildirilir.Zaqatala rayon  hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.Hadisənin  təfərrüatları hələlik məlum deyil.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM