Zaqatalada polisi bıçaqlayanın kimliyi bəlli oldu

09:14 | 12.03.2014
Zaqatalada polisi bıçaqlayanın kimliyi bəlli oldu

Zaqatalada polisi bıçaqlayanın kimliyi bəlli oldu

Zaqatalada polis kapitanı bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saat 20.00 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Zeynalov Anar İsa oğluna çoxsaylı bıçaq zərbələri endirilib. Polis kapitanı çox saylı bıçaq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Polis zabitinin çoxlu qan itirdiyi bildirilib. O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır. Hadisəyə səbəb kimi kimliyi məlum olmayan şəxsin yoldan keçən bir qıza söz atmasına polis zabitinin müdaxilə etməsi və onunla mübahisə etməsi olub. Artıq polisi bıçaqlayanın kimliyi məlum olub.Bu şəxs Zaqatala şəhərinin Dağıstan küçəsi ev 14-də yaşayan Camalov Ceyhun Camal oğludur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM