Zaqatalada yenə zəlzələ oldu

15:20 | 05.08.2014
Zaqatalada yenə zəlzələ oldu

Zaqatalada yenə zəlzələ oldu

Günorta baş verən zəlzələ episentrdə 3 bala qədər hiss edilib

Bu gün Zaqatalada zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin verdiyi məlumata görə, yeraltı təkan saat 12:50-də Zaqataladan 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 2,8, dərinliyi 9 km olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.

Dağıntı və xəsarət alan olmayıb.

Qeyd edək ki, bir necə il öncə Zaqatalada baş verən güclü zəlzələ nəticəsində onlarla ev dağılmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM