Zaur Baxşəliyevin məsələsi şuraya çıxarılır - QALMAQAL

11:17 | 13.03.2014
Zaur Baxşəliyevin məsələsi şuraya çıxarılır - QALMAQAL

Zaur Baxşəliyevin məsələsi şuraya çıxarılır - QALMAQAL

“İnsanların heysiyyətinə toxunmamalıdırlar”.

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Ümid var” verilişində Ağcabədidən olan kişinin arvadının intim görüntülərini çəkərək verilişə göndərməsini müzakirə edəcək.

ANN.Az bildirir ki, bu barədə Lent.az-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. 

Onun sözlərinə görə, MTRŞ-nin bu tip verilişlərə qarşı mövqeyi çox kəskindir:

“Çox təəssüf ki, televiziya kanalları müəyyən problemli insanların qüsurları üzərində şou yaradırlar. Bu da qəbul edilən deyil. Ümumiyyətlə, xəyanət mövzusu şou-biznes üçün gəlirli bir mövzuya çevrilib. Bunun üzərində telekanalların verilişlər yaratmağı, şou düzəltmələri düz deyil. Telekanallar bu cür verilişlərlə insanların heysiyyətinə toxunmamalıdırlar”.

N.Məhərrəmli bildirib ki, qanunvericiliyə əsasən, bu cür hallarda görüntülərdə Qanuna zidd hər hansı hərəkət yoxdursa, buna qarşı müzakirə açıla bilməz. Amma milli-mənəvi dəyərlər məsələsini əsas gətirərək, Şura bu məsələni müzakirə edəcək:

“Verilişdə baş verən halla bağlı artıq mənə məlumat verilib. Bu məsələni araşdıracağıq. Bundan sonra ona uyğun qərar veriləcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM