Özəl universitetlər nə vaxt hüquq, tibb, jurnalistika ixtisasları üzrə tədrisə başlayacaqlar? - AÇIQLAMALAR

15:27 | 20.11.2015
Özəl universitetlər nə vaxt hüquq, tibb, jurnalistika ixtisasları üzrə tədrisə başlayacaqlar? - AÇIQLAMALAR

Özəl universitetlər nə vaxt hüquq, tibb, jurnalistika ixtisasları üzrə tədrisə başlayacaqlar? - AÇIQLAMALAR

Bir sıra xüsusi ixtisaslar var ki, onların tədrisinə özəl universitetlərdə qadağa qoyulub. Hüquqşünaslıq, beynəlxalq hüquq, tibb ixtisaslarına qoyulan məhdudiyyət 2006-cı ildən, jurnalistika ixtisasına isə 2012-ci ildən qüvvədədir. Nazirlər Kabineti bu qadağasını özəl universitetlərdə maddi-texniki baza, ştatda olan elmi-pedaqoji potensial və tədris-metodiki təminat mövcud normativlərə cavab verməməsi ilə əlaqələndirmişdi. 

Aradan xeyli müddət ötüb və özəl universitetlərimizdəki son durum Nazirlər Kabinetinin adıçəkilən qərarını dəyişdirmək üçün əsas ola bilərmi?

Bu məsələni araşdıran ANN.Az əməkdaşı təhsil məsələləri üzrə ekspertlər Şahlar Əsgərova və Əjdər Ağayevə müraciət edib

Şahlar Əsgərov hesab edir ki, adıçəkilən xüsusi ixtisaslar tək dövlət universitetlərində deyil, eləcə də özəl universitetlərdə də tədris olunmalıdır: "Özəl  universitetlərin də hazırladıqları kadr sayılırlar. Bu fakültələrin özəl universitetlərə geri qaytarılması onlara olan marağı daha da artıracaq”.
 
 

Ekspert tezliklə Nazirlər Kabinetinin qərarının dəyişiləcəyini bildirib: "Zərurət yaranarsa və lazımi araşdırmalardan sonra bu fakültələrin  özəl universitetlərdə tədrisinə başlanıla bilər. Ancaq bu məsələyə nazirlik tərəfindən ciddi şəkildə baxıldıqdan sonra hansısa qərar qəbul edilə bilər”.

Amma ekspert Əjdər Ağayev bu ixtisasların hamısının dövlət əhəmiyyətli ixtisaslar olduğunu deyib: "Dövlətin xüsusi standartları olduğuna görə bu məsələ mühüm əhəmiyyət daşıyır. Ali məktəblərə o ixtisaslar verilməlidir ki, o ali məktəblər gələcəkdə güclü kadrlar, mütəxxəsislər hazırlaya bilsinlər. Bundan başqa tibbi ixtisaslar məsələsinə gəlincə, bu fakültə elə ali məktəbdə tədris olunmalıdır ki, onun klinikası, xəstəxanası, laboratoriyaları olsun. Hazırda bizim özəl ali məktəblərdə bu imkan yoxdur. Hesab edirəm ki, düzgün addım atılıb və özəl universitetlər də bu cür fakültələri bağlayıblar”. 
 
 

Hüquqşünaslıq fakültəsinə gəlincə, Ə.Ağayev qeyd edib ki, BDU-da bu fakültə geniş şəkildə tədris olunur: "Burada yüksək səviyyədə kadrlar hazırlanır. Əgər özəl ali məktəbdə hüquqşünaslıq fakültəsi lazımi səviyyədə tədris olunarsa, bu fakültə geri qaytarıla bilər. Amma buna nazirlik tərəfindən lazımi göstəriş verildikdən sonra bu qərar müzakirə edilə bilər. Nazirlik müəyyən edəcək ki, özəl universitetlərə bu fakültələr üçün təlabat varmı? Əgər fakültələr geri qaytarılarsa,  hansı səviyyədə tədris olunmalıdır? Tələbələrin sayı və s. bunlara uyğun tədris qurulacaq. Bu addım kimlərinsə istəyi ilə deyil, dövlətin planlaşdırılması əsasında həyata keçirilə bilər”.

Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM