Zəvvarlar Bakı Beynəlxalq Avtovağzalından yola salındı

13:34 | 26.11.2015
Zəvvarlar Bakı Beynəlxalq Avtovağzalından yola salındı

Zəvvarlar Bakı Beynəlxalq Avtovağzalından yola salındı

Bakı Beynəlxalq Avtovağzalının təşkil etdiyi avtobuslarla azərbaycanlı zəvvarların bir qrupu bu gün gecə saatlarında Kərbəla ziyarətinə yola düşüb. 

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a daxil olan məlumata görə, noyabrın 25-də Bakı Beynəlxalq Avtovağzalından ilk karvanda 4 avtobus  yola düşüb. 

Növbəti günlərdə ümumilikdə 35 avtobusla səfər edəcək zəvvarların bir qismi İran və İraqı keçməklə Kərbəla şəhərini ziyarət edəcək. 

Ziyarətə gedən 1400 zəvvarın təhlükəsizliyini təmin etmək məqsədilə bütün avtobuslarda GPS izləmə sistemi quraşdırılıb və təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Eyni zamanda  zəvvarların təhlükəsizliyi ilə bağlı İran və İraq hökuməti ilə danışıqlar aparılıb və lazımi sənədlər imzalanıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM