Zəvvarları daşıyan avtobus qəzaya uğradı

14:58 | 09.01.2014
Zəvvarları daşıyan avtobus qəzaya uğradı

Zəvvarları daşıyan avtobus qəzaya uğradı

Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanında iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Ciddə-Mədinə yolunun 35-ci kilometrliyində, Məkkə şəhərinin yaxınlığında baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Nəticədə 55 yaşlı bir nəfər yerindəcə ölüb, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 15 nəfəri yerindəcə ambulator müayinə edilərək otelə göndəriliblər, 8 nəfər yaralı isə Mələkfəhəd xəstəxanasına qaldırılıb. Onlardan 6 nəfərinin zədəsi yüngüldür, ikisinin vəziyyəti isə ağırdır. Hadisənin sürücünün avtobusu yuxulu vəziyyətdə idarə etməsinə görə baş verdiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM