Zeynəb Xanlarova: “Qorxuram ki, camaat ayağa qalxar"

14:29 | 25.02.2014
Zeynəb Xanlarova: “Qorxuram ki, camaat ayağa qalxar"

Zeynəb Xanlarova: “Qorxuram ki, camaat ayağa qalxar"

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında deputat, xalq artisti Zeynəb Xanlarova Nardaran əhalisinin problemləri barədə danışıb.

APA-nın məlumatına görə, deputat deyib ki, bağ evi Nardaranda olduğu üçün tez-tez ora gedir və əhali problemləri barədə onu məlumatlandırır: “Orda camaat narahatdır. Təklif edirəm ki, camaatı ayağa qaldırmayaq. Narazılıqlardan biri odur ki, tikilən villaların hasarları özlərindən hündürdür. Məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, dənizin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizdir”.

 

Z. Xanlarova deyib ki, kənd ərazisində aparılan hasarlamaya görə orda vəziyyət arzuolunmazdır: “Mən artıq qorxuram. Qorxuram ki, orada camaat ayağa qalxar. Əvvəldən deyirəm, sabah bir şey olsa, özünüz bilin”.

"Axar.az" xəbər verir ki, millət vəkilinin bu fikriləri onun həmkarı Qalib Salahzadə tərəfindən etirazla qarşılanıb. O, qeyd edib ki, Zeynəb Xanlarovanın dediyi ərazi heç də Nardarana və Maştağaya aidiyyəti yoxdur:“Zeynəb xanımın dediyi torpaqlar Bİlgəh torpaqlarıdır. O tarpaqların Nardaran camaatına heç bir aidiyyəti yoxdur. Vaxtilə İskəndər deyilən adam oranı alıb, hasar çəkib. Buna etirazımız yoxdur. Deyilən torpaqlar Bilgəh torpaqlarıdır, heç kimin də buna etirazı yoxdur”.  Qeyd edək ki, millət vəkili Qalib Salahzadə QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadənin qudasıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM