Zirəddin Rzayevdən dəhşətli proqnoz

10:54 | 09.10.2014
Zirəddin Rzayevdən dəhşətli proqnoz

Zirəddin Rzayevdən dəhşətli proqnoz

Ekstrasens 2016-ci illə bağlı proqnozlarını veribDünyadabaş verən dəhşətli hadisələr səngimək bilmir. Günbəgün yeni terrortəşkilatları yaranır və faciələr baş alıb gedir. Zəlzələlər, müxtəliftəbiət hadisələri, eləcə də qəzalar hər gün minlərlə insanın ölümünəsəbəb olur. Görəsən gələcəkdə vəziyyət necə olacaq? Hər kəsimaraqlandıran bu suala cavab tapmaq üçün tanınmış azərbaycanlıekstrasens Zirəddin Rzayevlə əlaqə saxladıq. Öncəgörən ANS PRESS-əmüsahibəsində gələcəklə bağlı dəhşətli proqnozlar verdi.ANS PRESS-in Zirəddin Rzayevlə müsahibəni təqdim edirik:- Çoxdandır Zirəddin Rzayev haqqında heç nə eşitmirik. Nə yeniliklər var? Hazırda nə işlə məşğul olursan?-Hələlik elə bir yenilik yoxdur. Ümumilikdə işlərim əladır. Hazırdabizneslə məşğulam. Ərzaq və geyim biznesi. Firmalarla əməkdaşlıq edirəm.Xəstəxanada da işim davam edir. Parapsixologiya və ekstrasensenslikləməşğulam.- İndi səni kiçik sahibkar adlandırmaq olar, ya böyük sahibkar?- (Gülür) Orta sahibkar demək olar. Şükrlər olsun ki, qazancım normaldır. Allah verənə həmişə şükür etmişəm.- Azərbaycanı nələr gözləyir?- Azərbaycanlı bağlı proqnozlarım təhrif olunduğu üçün danışmaq istəmirəm.-Dünyada gedən proseslərə nəzər saldıqda görərik ki, vəziyyət heç dəürəkaçan deyil. Müharibələr, qan, terror və s. Deyirlər ki, üçüncü dünyamüharibəsi başlayacaq. Üçüncü dünya müharibəsi olacaqmı və nə zamanolacaq?- Açığını desəm hazırda 3-cü dünya müharibə gedir. Bumüharibə 1-ci və 2-ci dünya müharibələrindən də təhlükəli vəamansızdır. İŞİD-lə bağlı məsələlər 3-cü dünya müharibəsiningöstəricisidir. Hegemon dövlətlər zəif dövlətləri məhv edir. Bu qeyrirəsmi 3-cü dünya müharibəsidir. Bu müharibə artıq başlayıb. Sadəcə buəbul olunmamış müharibədir.- Bu müharibənin nəticəsi nə olacaq? Udan kim olacaq, uduzan kim?-Bir tarixə nəzər salaq. İraqda Həzrət Əlinin qəbri bombalandı. Suriyadapeyğəmbərin əsabəsinin qəbri açıldı və 1400 il çürüməmiş cəsədiçıxardılar. İmam Hüseynin hərəminə bomba atıldı. Ziyarətə gedənzəvvarlar öldü. İzraildə qan tökülürsə, qəbirdəki müqəddəslərçıxarılırsa, deməli Allahla şeytanın mübarizəsi gedir. Qərb şərqi məhvedir. Bu 3-cü dünya müharibəsindən də dəhşətlidir. Bunlar qiyamətinəlamətləridir. Bu müharibədə xeyir şərdən güclüdür. Allah şeytandangüclüdür. Həmişə sonda xeyir qələbə çalır.- İraq və Suriyadakı proseslərin axırı necə olacaq?-Son zamanlar İŞİD qüvvələri barədə ilk dəfə eşidirik. Bu son zamanlaryaranıb. Bütün terror təşkilatlarını maliyyələşdirən xristiandövlətləridir. Onun İslama heç bir aidiyyatı yoxdur. İndiyə kimi beləbir qrup eşitməmişdik. Bu qərbin süni yaratdığı bir quruplaşmadır vəonlardan məqsədyönlü istifadə edirlər.- Dünyanı maraqlandıran məsələlərdən biri də Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Bu müharibənin sonu necə olacaq?-Ukrayna Rusiya məsələsində Rusiya ilə bağlı bir təhlükə görmürəm.Rusiyadan heç kimə zərər gəlməyəcək. İraq, Suriya, Əfqanıstanın aqibətinecə olubsa, Ukraynada da elə olacaq. Yəni müharibə olub sakitləşəcək.- Bəs üzümüzə gələn illərdə nələr olacaq?-2016- ci il dünya tarixi üçün çox təhlükəli il olacaq. Bu ildə qanlar,qətllər, təbii fəlakətlər görürəm. Bu il bütün ölkələrdə vəziyyətacınacaqlı olacaq. 2016-cı ildə böhran, aclıq, təlatüm, dəhşətlifaciələr olacaq. Şər qüvvələrin tüğyan etdiyi il olacaq.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM