Zirzəmidə insan sümükləri tapıldı - Bakıda

11:53 | 13.03.2014
Zirzəmidə insan sümükləri tapıldı - Bakıda

Zirzəmidə insan sümükləri tapıldı - Bakıda

Bakıda təmir-tikinti işləri çərçivəsində aparılan qazıntı işləri zamanı insan sümükləri tapılıb.Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Ə.Əliyev küçəsi 6 ünvanında baş verib.Ev sahibi mənzilini təmir etdirərkən zirzəmidə qazıntı işləri aparılıb. Bu zaman təxminən 2 metr dərinlikdən insan sümükləri çıxıb. Dərhal hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı məlumat verilib.Sümüklərin kimə məxsus olması, ölən şəxsin hansı səbəbdə zirzəmidə basdırılması, eləcə də həmin şəxsin hansı səbəbdən və nə zaman ölməsi araşdırılır. Müvafiq ekspertizalar təyin edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM