Ziya Məmmədovun bacısının işdən çıxarılması xəbəri yalan çıxdı

17:32 | 04.10.2015
Ziya Məmmədovun bacısının işdən çıxarılması xəbəri yalan  çıxdı

Ziya Məmmədovun bacısının işdən çıxarılması xəbəri yalan çıxdı

Bu gün mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovanın bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edilməsi haqda məlumatlar yayılıb.

"Qafqazinfo” xəbər verir ki, aznews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün "Tərəqqi” liseyi ilə əlaqə saxlayıb.

Liseydən bildirilib ki, Məhbubə Məmmədovanın işdən çıxarılması haqda yayılan məlumatlar yalandır:

"Dünən Məhbubə xanım iş başında olub. Sonra da Təhsil Nazirliyinin təşkil etdiyi böyük toplantıya qatılıb və orada çıxış edib”.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədova yaxın olan şəxslərin bir-birinin ardınca vəzifədən alınması, onun tabeliyində olan obyektlərin və villaların yoxlanılması barədə məlumatlar yayılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür