Ziya Məmmədovun oğlunun Federasiyası ləğv edildi - Nazirlik isə məlumatı gizlədir

14:11 | 13.11.2018
Ziya Məmmədovun oğlunun Federasiyası ləğv edildi - Nazirlik isə məlumatı gizlədir

Ziya Məmmədovun oğlunun Federasiyası ləğv edildi - Nazirlik isə məlumatı gizlədir

Azərbaycan Qolf Federasiyası fəaliyyətini tamamilə dayandırıb. Bu barədə A24.Az-a mənbədən məlumat daxil olub. Bildirilir ki, federasiya artıq uzun müddətdir ki, fəaliyyətini dayandırsa da, bu barədə Gənclər və İdman Nazirliyi heç bir rəsmi açıqlama yaymır.
 
Apardığımız araşdırma zamanı məlum oldu ki, adıçəkilən Federasiyanın əlaqə nömrəsi və rəsmi saytı artıq fəaliyyət göstərmir, facebook səhifəsində isə son paylaşım 2016-cı ildə edilib.

Diqqətimizi çəkən digər məqam isə  Gənclər və İdman Nazirliyinin rəsmi saytında federasiya prezidenti kimi hələ də sabiq nəqliyyat naziri  Ziya Məmmədovun oğlu Anar Məmmədovun adının saxlanılması oldu.

Məsələ ilə bağlı Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq və Anar Məmmədovun adının hələ də Federasiyanın prezidenti kimi göstərilməsinin səbəbini soruşduq. S. Məmmədova qeyd etdi ki, bu, texniki məsələdir, tezliklə həll ediləcək və Fedrasiyanın fəaliyyətinin dayandırıb-dayandırmadığı barədə iki dəqiqə sonra bizə dəqiq məlumat verəcək. Xanım Məmmədova vədinə əməl etmədi və artıq ötən gündən zənglərimizi cavablandırmır.

Onu da qeyd edək ki, Səmayə Məmmədovaya Anar Məmmədovun adının hələ də federasiyanın saytında saxlanıldığı barədə verdiyimiz məlumatdan  sonra sabiq nazir oğlunun adı Nazirliyin saytından silinib.

Səmayə Məmmədovanın mətbuatdan nəyi gizlətməyə çalışdığı isə müəmmalı olaraq qalır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM