Özünü öldürmək istəyən şəxs: Mənə də pul versinlər!

14:41 | 14.02.2014
Özünü öldürmək istəyən şəxs: Mənə də pul versinlər!

Özünü öldürmək istəyən şəxs: Mənə də pul versinlər!

Abşeron rayonunda dünən 12 mərtəbəli binanın damına çıxaraq atılmaq istəyən 24 yaşlı Elnur Salahov özünü çatmadığı arzu və istəklərinə qurban vermək istəyirmiş.Bütün hüquq-mühafizə orqanlarını bir-birinə qatan gənci söhbətə tutaraq fürsət gözləyən xilasedicilər əlverişli məqam tapıb, onu ölümün cəngindən alıblar. Polisə gətirilərək dindirilən E.Salahovun ifadəsi isə böyük maraq yaradıb.Milli.Az xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, gənc oğlan özünü öldürməyin səbəbini belə əsaslandırıb:“Niyə taylarım 300 min manatlıq “Gelandewagen”, 100 min manatlıq “Jeep” sürür, mən isə yox? Onlardan nəyim əskikdir axı? Başqasının villaları var, mənim yox. Mənə də dövlət pul versin, özümə şərait qurum”.Polis müəyyən edib ki, E.Salahov belə hallara öyrəncəli adamdır. Dəfələrlə özünü doğrayaraq ailəsinin də qarşısına tələblər qoyurmuş. Hətta məlumat əldə etdik ki, dövlət tərəfindən onun atasına ev verilib, təmir etdirilib.Qeyd edək ki, E.Salahov Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12 mərtəbəli binanın damına çıxaraq özünü binadan atacağını deyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəliblər. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM