Özünü yandıran ər-arvadın problemini Prezident Administrasiyası araşdıracaq - FOTOLAR+YENİLƏNİB

19:02 | 13.08.2014
Özünü yandıran ər-arvadın problemini Prezident Administrasiyası araşdıracaq - FOTOLAR+YENİLƏNİB

Özünü yandıran ər-arvadın problemini Prezident Administrasiyası araşdıracaq - FOTOLAR+YENİLƏNİB

“Prezident Administrasiyasından gələn nümayəndəyə, prokurorluq və polis əməkdaşlarına problemlərim haqda danışdım. Məni diqqətlə dinlədilər. Məsələni araşdıracaqlarını, şikayətimizə baxılacağını dedilər”.Bunu virtualaz.org saytına açıqlamasında bu gün həyat yoldaşı ilə birgə özünü Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlu deyib.Bel nahiyəsinin və ayaqlarının daha çox yandığını deyən E.Əlimuradoğlu hazırda ona sistem qoşulduğunu və narahat olduğundan danışa bilmədiyini söylədi.E.Əlimuradoğlu həyat yoldaşı Jalə Salahovanın vəziyyətinin daha ağır olduğunu və onun hələ də reanimasiyada saxlanıldığını da bildirdi.

***

Prezident Administrasiyasının işçisi bu gün özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək, onların vəziyyəti ilə maraqlanmaq və şikayətlərini dinləmək üçün bir neçə dəqiqə əvvəl 5 saylı xəstəxanaya gəlib.Virtualaz.org saytının hazırda xəstəxanada olan müxbiri xəbər verir ki, PA rəsmisi bu dəqiqələrdə özünü yandıran ailə başçısı Elçin Əlimuradoğlu ilə təklikdə söhbət edir. Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb. ANN.Az

***

Özünü həyat yoldaşı ilə birlikdə Prezident Administrasiyasınınqarşısında yandıran Elçin Əlimuradoğlunun bacısı Yeganə Mahmudovahadisənin səbəblərini virtualaz.org saytının hazırda xəstəxanada olanmüxbirinə danışıb.
Y.Mahmudova bildirdi ki, qardaşının və onun həyat yoldaşınınözlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdənçıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir.
“Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləriolan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı ZeynalabdınTağıyev (daha çox “Nasosnı” adı ilə tanınır-red.) qəsəbəsində olan həminevə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunlarıaldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı.Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlarqardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindənetibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgiləzərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi.
Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər.Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələbedir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onlarınəleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə biraddım atacaqlarını gözləmirdik” - deyə Y.Mahmudova qeyd etdi.
Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhəbölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.
Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu söylədi.
Ailənin 3 yaşlı qız övladından isə xəbər yoxdur. Özünü yandıranJalə Salahova qızını bacısıgilə qoysa da digər qohumları bundanxəbərsizdir.

***

Evlərinin sökülməsinə etiraz edən ər-arvad özlərini Prezidenti Administrasiyasının qarşısında yandırdılar

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, bu gün özünü yandıranlar 39 yaşlı Elçin Əlimuradoğlu və onun həyat yoldaşı, 32 yaşlı Jalə Salahovadır. Sumqayıt şəhər sakinləri evlərinin sökülməsinə etiraz edirlər. Onların 3 yaşlı Səkinə adlı qızları var.Elçin Əlimuradoqlu Tərtər uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə veteranıdır. Onun beli yanıb.Həyat yoldaşının vəziyyəti isə ağırdır, onun həyatı təhlükə qarşısındadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM