Özünü yandırmaq istəyən I qrup Qarabağ əlilindən xəbər var

19:22 | 17.02.2014
Özünü yandırmaq istəyən I qrup Qarabağ əlilindən xəbər var

Özünü yandırmaq istəyən I qrup Qarabağ əlilindən xəbər var

Fevralın 14-də saat 15:30 radələrində Sumqayıt şəhərində intihara cəhd edən I qrup Qarabağ əlili Malik Qardaşxan oğlu Məcidov hazırda həkim nəzarətindədir. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qabağına gələrək əlindəki butulkanın içərisindəki benzini üstünə tökərən özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib.Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib. Malik Məcidov maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyib.Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də. Maddi durumunun ağır olmasından şikayət edib.“Onun əsəb gərginliyi keçirdiyi ehtimal olunur. Onu xəstəxanaya yerləşdiriblər. Hazırda həkim onu müalicə edir”, - deyə məlumat verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM