• $
  • £

Azercell's Customer Satisfaction Index has exceeded 94%

Azercell's Customer Satisfaction Index has exceeded 94%
25.01.2024 14:27
Aparıcı mobil operator 2023-cü il üçün Çağrı Mərkəzinin nəticələrini açıqlayıb.
 
Müştərilərə üstün xidmət göstərməyi hədəfləyən Azercell abunəçilərinin sorğularının vaxtında cavablandırılmasını, onların təklif və rəylərinin hərtərəfli təhlilini uğurla təmin edib.

2023-cü ildə Azercell-in Çağrı Mərkəzinə təxminən 3 milyon zəng daxil olub, orta həlletmə müddəti (ART) təxminən 2,2 dəqiqə təşkil edib ki, bu da qlobal səviyyədə qəbul edilmiş 6-7 dəqiqəlik standartla müqayisədə nəzərəçarpacaq yüksək göstəricidir.
 
Müştəri xidmətlərinin keyfiyyətini daha da artıran Azercell bu sahədə texnoloji yeniliyi tətbiq edib. 2023-cü ilin noyabrında şirkət Azərbaycan dilində tam xidmət göstərən ilk süni intellektə əsaslanan virtual köməkçini istifadəyə verib. AiCell adlı süni intellektlə işləyən bot müştəriləri Çağrı Mərkəzinin operatorlarına yönləndirmədən dərhal bir çox xidmətləri həyata keçirir və abunəçilərin müraciətlərinə daha operativ baxılmasına kömək edir. Beləliklə, Azercell daha çox sorğuya daha qısa müddətdə baxaraq, müştərilərinin vaxtına qənaət etmişdi. Qeyd edək ki, virtual köməkçinin kommunikasiya funksiyaları və xidmət imkanları davamlı olaraq inkişaf edir və qarşıdakı aylarda bot daha iki özünəxidmət funksiyasını təqdim edəcək.
 
Bundan əlavə, Azercell rəqəmsal kanallar vasitəsilə xidmət göstərməyə davam edib. Ötən il ərzində şirkətə onlayn kanallar vasitəsilə 1,5 milyona yaxın sorğu daxil olub, onlardan 440 minə yaxınına sosial şəbəkələr vasitəsilə müraciət edilib. Hazırda Azercell Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında müştəri xidmətləri göstərir.
 
Həmçinin, ötən il Azercell beynəlxalq standartlara uyğun müştəri xidmətlərinin göstərilməsi üçün "ISO 18295-1:2017: Müştərilərlə əlaqə mərkəzlərinə tələblər” sertifikatını alıb.
 
Bu təşəbbüslər nəticəsində Azercell-in Çağrı Mərkəzinin Müştəri Məmnuniyyəti İndeksi 2023-cü ildə 94,9%-ə çatıb ki, bu da qlobal göstərici olan 85%-i əhəmiyyətli dərəcədə üstələyib.
 
Qeyd edək ki, Azercell-in Çağrı Mərkəzinə 7/24 fəaliyyət göstərən *1111 qısa nömrəsi, 012-4904949 (Fakturasız Xətt abonentləri üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçiləri üçün) stasionar nömrələri, həmçinin onlayn ünsiyyəti təmin edən Kabinetim proqramı.
 
 

www.anews.az
Similar news
Similar news
Weak reading comprehension hinders broader student achievement
Society 17:29
Weak reading comprehension hinders broader student achievement
Baku driver penalized after steering toy car into busy traffic flow
Society 17:00
Baku driver penalized after steering toy car into busy traffic flow
Ruslan Alikhanov dismissed as CEO of Azerbaijan Investment Holding
Society 16:30
Ruslan Alikhanov dismissed as CEO of Azerbaijan Investment Holding
Parental engagement boosts student PISA math scores by up to 52 points
Society 16:00
Parental engagement boosts student PISA math scores by up to 52 points
Azerbaijani President appoints leadership to Media and Broadcasting Council
Society 15:30
Azerbaijani President appoints leadership to Media and Broadcasting Council
Caspian Sea depletion is an unfolding reality, not a projection: Azerbaijani official
Society 14:30
Caspian Sea depletion is an unfolding reality, not a projection: Azerbaijani official
Man struck and killed by Tbilisi-Baku train in western Azerbaijan
Society 13:00
Man struck and killed by Tbilisi-Baku train in western Azerbaijan
Baku police and transport agency tighten road safety controls near schools
Society 17:30
Baku police and transport agency tighten road safety controls near schools
Rain forecast for Baku and Absheron, snow likely in high mountains on Sept 8
Society 16:00
Rain forecast for Baku and Absheron, snow likely in high mountains on Sept 8
Anews TV

Our official Youtube channel

Subscribe